Badmintonçumuz Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib.
Apasport.az xəbər verir ki, ilk görüşündə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21-10,21-18) hesabı ilə məğlub edən Edi 1/8 finala yüksəlmək uğrunda Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21-13,21-13) .
Ən güclü səkkizliyə yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz güclü rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19,12-21,21-19) hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.
Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.
- “Neftçi”nin baş məşqçisi “3-lük”də - 22 min 600 səslə
- Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal
- İstefa verdi, sonra geri döndü - Emre Belözoğlu yenidən "Antalyaspor"da
- Qurban Qurbanov “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşuldu - VİDEO
- “Mançester Siti” – dünyanın ən dəyərli klubu