“Formula 2”: 5 pilot mübarizəni dayandırdı
20.09.2025 - 15:06

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışı davam edir.
Apasport.az xəbər verir ki, artıq beş pilot mübarizəni dayandırıb.
"Campos Racing"dən Xosep Maria Marti, "DAMS Lucas Oil"dən Kuş Maini və "Trident"dən Martinius Stenşorn uğursuzluqla üzləşib.
Bunadək "MP Motorsport"dən Oliver Goethe, "Van Amersfoort Racing"dən Rafael Villaqomez mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
0
0