Təmsilçilərimiz Nitsa turnirində
06.10.2024 - 11:32
Azərbaycan fiqurlu konkisürmə yığması Fransanın Nitsa şəhərində keçiriləcək beynəlxalq turnirdə təmsil olunacaq.
Apasport.az xəbər verir ki, yığmamız “Çelencer” seriyalı “Metropol Trofi” yarışında iki duet sifariş edib.
Buz üzərində rəqslərdə çıxış üçün Samanta Ritter və Daniel Brikalov, həmçinin Maksin Uiterbi və Aleksandr Kolosovski qeydiyyatdan keçiblər. Ümumilikdə 21 duet yarışa qatılmaq istəyindədir.
Qeyd edək ki, Nitsadakı turnir oktyabrın 16-20-də keçiriləcək.
- “Qalatasaray”dan qələbə - İkardinin sayılmayan qoluna etiraz edildi
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- Basketbol millimiz Avropa Kubokunda mübarizəyə başlayır
- Futzal üzrə ölkə çempionatlarının püşkü atılıb
- Türkiyə Superkuboku: Yarımfinal və finalın tarixləri müəyyənləşib
0
0