FIS erməni xizəkçini Azərbaycan adını örtməsinə görə cəzalandırıb
03.01.2026 - 17:14
İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırılıb.
Apasport.az xəbər verir ki, buna səbəb idmançının formasında yarışın sponsorlarından biri olan Azərbaycanın adının yazıldığı hissəni örtməsi olub.
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) bu davranışın yolverilməz olduğunu bildirib. Mikaelyan isə həmin hərəkəti niyə etdiyinə dair açıqlama verməyib.
Qeyd edək ki, sözügedən federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb.

- Sumqayıtlı azarkeşlərin üsyanı: “Bizi rahat buraxın”
- PFL-in yeni prezidenti: “Bu, oyunların şəffaf keçirilməsinə böyük köməklik göstərəcək”
- Kənan Kərimov: "Bu matç bizim üçün dönüş nöqtəsi olacaq"
- DÇ-2022: Qapıçı heyətdən çıxarıldı - Son anda
- "Sumqayıt" yenə qol vura bilmədi, "Zirə"dən 3 aldı - YENİLƏNİB
0
0