Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Erve Renar postundan ayrılıb.
Apasport.az xəbər verir ki, Fransadan olan 54 yaşlı mütəxəssis ölkəsinə qayıtmağa qərar verib.
Belə ki, o bundan sonra Fransanın qadınlardan ibarət milli komandasına rəhbərlik edəcək. Renar Fransa Futbol Federasiyasından aldığı təklifi qəbul edib. Təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, Erve Renar 2019-cu ildən Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 41 oyuna 18 qələbə qazanıb, 11 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. O, son dünya çempionu Argentinaya mundialda yeganə məğlubiyyəti yaşadan baş məşqçi kimi tarixə düşüb.
- Azərbaycan komandasının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi
- Zidanın oğlunun yeni komandası bəlli olub
- “Neftçi”nin Rusiyadakı turnirdə iştirakı sual altına düşdü
- Valdas Dambrauskas: “Meydançada bir adamın şousu var idi”
- Millətlər Liqası: Türkiyə Uelslə bacarmadı, Almaniyadan darmadağın - YENİLƏNİB