Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb
12.04.2025 - 23:52
Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb

Xorvatiyanın Osiyek şəhərində keçirilən idman gimnastikası üzrə Dünya kuboku keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov turnirin 4-cü mərhələsində uğurlu çıxışla yadda qalıb.

O, halqalarla hərəkətdə 14.500 xalla fəxri kürsünün 2-ci pilləsində yer alıb. 

Qeyd edək ki, Nikita Bakı mərhələsində qızıl, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində keçirilən yarışlarda isə gümüş medala sahib olub.