Azərbaycanın altı çimərlik güləşçisi iyunun Gürcüstanın Batumi şəhərində böyüklər arasında Dünya Seriyasının III mərhələsində iştirak edəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb.
Milli komandanın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.
İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Qeyd edək ki, iyunun 20-21-də keçiriləcək Dünya Seriyasında I-S dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.