Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçirilir.
Apasport.az xəbər verir ki, ənənəvi yarışın ikinci günündə yunan-Roma və qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Xalçaya çıxan 7 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb. Qadın güləşində isə Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədovayla (53 kq) Birgül Soltanova (62 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, ilk yarış günündə Əsmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) beşinci yerlə kifayətlənib. Turnirin son 2 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.
- Messi qanunsuz tikilidə - evinin bir hissəsi sökülə bilər
- Vüqar Həşimov Memorialının iştirakçıları üçün Şuşada tur təşkil edilib
- Hidayət Heydərov ilk görüşdə mübarizəni dayandırıb
- "Deyirlər ki, məşqçi olmağına icazə verməyəcəyik” - BURAK YILMAZ
- Rojerio Santos: "Gəncədə oynamaq hamı üçün daha yaxşı olardı"