Ronaldodan Ərəbistanda ilk cərimə zərbəsi qolu - VİDEO
19.03.2023 - 00:42
Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı çempionatında XXI turun görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçunun çıxış etdiyi "Əl-Nəsr" komandası evdə "Abha" ilə qarşılaşıb.
Meydan sahibləri 0:1 uduzduqları görüşdə fasilədən sonra geridönüş edə bilib. Ronaldo 78-ci dəqiqədə cərimə zərbəsindən qol vurub. Digər qolu "Beşiktaş"ın sabiq futbolçusu braziliyalı Taliska penaltidən rəqib qapısından keçirib – 2:1.
Qeyd edək ki, bu, Kriştianu Ronaldonun yeni klubunda cərimə zərbəsindən vurduğu ilk qol olub.
- "Bayer" - "Qarabağ" matçı üçün biletlər satışda
- “Torino” türkiyəli futbolçu ilə bağlı qərarını verdi - RƏSMİ
- Tennis millimiz Albaniya yığmasını məğlub edib
- Türkiyə Kubokunda həyəcan başlayır: İlk həftənin oyun cədvəli
- Elşad Əhmədov: “Xankəndi şəhərində elə “Xankəndi” komandası yaradılmalıdır” - Müsahibə
0
0