Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də
11.08.2025 - 00:23
BƏƏ-də ümumi mükafat fondu 125 min dollar olan "Fujairah Global 2025" beynəlxalq şahmat turniri keçirləcək.
Apasport.az xəbər verir ki, "Superstars" yarışında Azərbaycan təmsilçiləri Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər.
Həmçinin "Masters" yarışında Read Səmədov, Xaqan Əhməd və Şiroğlan Talıbov, "Open"də isə Lalə Hüseynova, Məhəmməd Bağırov və Yaşar Şirinov qüvvələrini sınayacaqlar.
Avqustun 25-də start götürəcək turnir sentyabrın 1-də başa çatacaq.
- Millimizin baş məşqçisi: “Gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”
- "Qalatasaray"ın 2 futbolçusu millinin heyətindən çıxarılıb
- “Qarabağ” və “Qalatasaray” yoldaşlıq oyunu keçirəcəklərini açıqladı
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO
- Bundesliqadan La Liqaya
0
0