Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalını təşkil edəcək.
Apasport.az xəbər verir ki, beynəlxalq turnir "Baku Crystal Hall"ın sərgi mərkəzində keçiriləcək.
Yarışda şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.
Festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da baş tutacaq.
Aprelin 27-dən mayın 6-dək davam edəcək festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək yarışlardan biridir.
- “Atletiko”nun hücumçusu ölkəsində çıxış edəcək
- Karateçilərimız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar
- “Olimpiakos”un futbolçusu “Qarabağ”la oyunları buraxacaq
- "Milli Aviasiya Akademiyası" bürünc medalın sahibi olub
- Amil Yunanov: "Komandanı çətin vəziyyətdən çıxarmağa çalışacağıq"