III MDB Oyunları: Üç stolüstü tennisçimiz finalda - FOTO
27.09.2025 - 17:49
Üç azərbaycanlı idmançı III MDB Oyunları çərçivəsində stolüstü tennis üzrə fərdi yarışların finalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, stolüstü tennis yarışlarının ikinci günündə 2008 və 2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında fərdi yarışların finalçıları müəyyənləşib.
Adil Əhmədzadə və Mərziyyə Nurmətova (hər ikisi 2008-ci il təvəllüdlü), həmçinin Onur Quluzadə (2011-ci il təvəllüdlü) finala yüksəliblər.
Final oyunları sentyabrın 29-da keçiriləcək. Eyni zamanda, Yağmur Məmmədli (2011-ci il təvəllüdlü) yarımfinalda uduzaraq bürünc medalın sahibi olub.
- Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
- İki illik həsrətə son: San-Marinodan qol
- Təmsilçilərimiz Dubaydan 11 medalla qayıdır
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Litvinoviç Bakıda da çempion oldu
0
0