Parataekvondoçumuz Olimpiadanın finalına yüksəlib
30.08.2024 - 21:35
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan təmsilçimiz bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.
Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.
- “Barselona" bu mövsüm yeni futbolçu transfer edə bilməyəcək
- Sosial Mediada Kriştiano Ronaldo Effekti: Dünyanın Ən Çox İzlənən İdmançısı
- "Şamaxı" - "Turan Tovuz" oyunu canlı yayımlanmayacaq - "CBC Sport"dan açıqlama
- FİFA dünya çempionatında dəyişikliklərə hazırlaşır
- Müller Messi ilə komanda yoldaşı ola bilər
0
0