Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən FIVB-nin “Volleyball Empowerment" proqramı çərçivəsində məşqçilər üçün kurs təşkil olunub.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan dərslər məşqçilərin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Üç mərhələdən ibarət kurs AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme və statistika üzrə təlimatçı Faruk Kaymak tərəfindən keçirilir.
18 nəfərin qatıldığı təlimlərin yekununda hər üç mərhələdə iştirak edən və imtahandan uğurla keçəcək mütəxəssislərə sertifikatlar təqdim olunacaq.
- Haland 20 illik rekordu təkrarladı
- "Bayer"in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək
- Millinin sabiq futbolçusu 44 yaşında karyerasını bitirir
- “Zirə”nin müdafiəçisi: “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil” - Müsahibə
- Roman Qriqorçuk: “Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”