Azərbaycan millisinin üzvü finalda
24.03.2025 - 17:21
Azərbaycan millisinin voleybolçusu Aleksandr Melnikov daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, “Korona Braşov”un heyətində Rumıniya çempionatının finalına yüksəlib.
Onun çıxış etdiyi komanda “Krayova”nı 3:1 hesabı ilə məğlub edib.
Həmin qarşılaşmada Melnikov 21 xal toplayıb. Bununla da, yığmanın üzvü bombardir olub.
Qeyd edək ki, "Korona Braşov" həlledici dueldə Buxarest “Dinamo”su ilə qarşılaşacaq.
- Belhanda Adanadan getdi
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Arteta futbolçularının şəxsi əşyalarını oğurladıb
- Azərbaycan Boks Federasiyası Dünya Boksuna üzv olub
- "Beşiktaş" "Atletiko"nun futbolçusu ilə danışıqlara başladı
0
0