Azərbaycan Yüksək Liqasında V tur başa çatıb
05.12.2025 - 21:11
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur başa çatıb.
Apasport.az xəbər verir ki, turun son matçında "Abşeron" "Azərreyl"lə üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan görüş "Abşeron"un 3:2 (20:25, 25:23, 22:25, 25:23, 15:11) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "DH Volley" - "Gənclər"i (3:0), "Milli Aviasiya Akademiyası" "Murov Az Terminal"lı (3:0), "Turan" isə UNEC-i (3:0) məğlub edib.
- "Kopenhagen"in baş məşqçisi: "Qarabağ" bura gəlib çıxmaq üçün uzun yol qət edib"
- Marseldə bərabərlik, “Bayer”dən qələbə
- Azərbaycanda BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib - FOTO
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
- Türkiyəli taekvondoçu Bakıda dünya çempionu oldu - FOTOLENT
0
0