Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
23.10.2026 - 17:43
Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB

20 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisi bu gün Avropa çempionatının I təsnifat mərhələsində mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində baş tutan EEVZA çempionatı çərçivəsində yığmamız ilk oyununu Polşa seçməsinə qarşı keçirib.

Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayıb. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz oktyabrın 24-də isə eyni saatda Latviya yığması ilə qarşılaşacaq.