Yüksək Liqa: XVIII tura bir oyunla yekun vurulacaq
05.04.2025 - 09:22
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVIII tura bir oyunla yekun vurulacaq.
Apasport.az xəbər verir ki, "Gəncə" evdə "Murov Az Terminal"la qarşılaşacaq.
Gəncə İdman Sarayında keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Gəncə" hazırda 24 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 18 xala malik "Murov Az Terminal" isə beşincidir.
Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Abşeron” “Milli Aviasiya Akademiyası”na, "Azərreyl" isə UNEC kollektivinə 3:0 hesabı ilə qalib gəlib.
- Təmsilçilərimizdən 17 qızıl medal
- Azərbaycan kubokunun final matçının tarixi dəyişdirildi
- Milyonçu olan proqnozsevər: “Mərakeşin bir futbolçusunun da adını bilmirəm”
- Qəza keçirən idmançı Paris-2024-də iştirak etməyəcək
- Kaxaber Tsxadadze: "Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir"
0
0