100 milyonluq hücumçu
28.10.2023 - 16:25
“Feyenord” futbolçusu Santyaqo Ximenes üçün tələb etdiyi məbləği müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, Niderland klubu hücumçusu üçün 100 milyon avro istəyir.
Ximenes Avropa nəhənglərinin hədəfində yer alıb. Onu, “Real”, “Arsenal”, “Çelsi” və “Tottenhem” kimi klublar öz heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Santyaqo cari mövsümdə 11 oyun keçirib. O, 15 qola imza atıb.
- "Fənərbaxça" heyətini 65 milyon avroluq hücumçu ilə gücləndirəcək
- Azərbaycanın yığması Avropa çempionatının B divizionunda 5-ci olub
- "Neftçi"nin yeni sponsorluq müqaviləsindən əldə etdiyi məbləğ açıqlandı
- "Beş Fernandu Santuş gəlsin, millidə nəticə olmayacaq"
- Ramalinqom: “Bombardirlik yarışından danışırıqsa, məncə, Juninyo...” - Müsahibə
0
0