Alper Potuk I Liqa klubunda
10.09.2025 - 18:54

"Fənərbaxça"nın sabiq futbolçusu Alper Potukun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyə I Liqasında davam etdirəcək.
Hücumşu "Ankara Keçiörengücü"nə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
0
0