Amorim ilk dəfə ayın məşqçisi seçilib
07.11.2025 - 22:25
İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Ruben Amorim həmkarlarını qabaqlayıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin noyaby ayından "Mançester Yunayted"ə rəhbərlik edən portuqaliyalı mütəxəssis ilk dəfə ayın məşqçisi seçilib.
Qeyd edək ki, "Mançester Yunayted" ötən ay ölkə çempionatında keçirdiyi 3 oyunun hər birində qalib gəlib. "Qırmızı şeytanlar" "Sanderlend", "Liverpul" və "Brayton"u məğlub edib.
- “Neftçi” qələbəni son anda əldən verdi - YENİLƏNİB
- İspaniyalı futbolçu zədələndi - HEYƏTDƏN KƏNARLAŞDIRILDI
- Gürcüstan millisinin AVRO-2024 üçün heyəti müəyyənləşib
- Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
- Azərbaycan idmançıları beynəlxalq turnirin final mərhələsinə yüksəliblər
0
0