Ançelottidən ŞƏRT: “Cıracam...”
15.09.2022 - 14:43
“Real”ın baş məşqçisi Karlo Ançelotti qeyri-adi addım atıb.
Apasport.az saytının məlumatına görə, bunu 63 yaşlı italiyalı mütəxəssisin özü açıqlayıb.
O, məşqçilik karyerasını təhlükəyə atacaq şərtlə çıxış edib: “Federiko Valverdeyə dedim ki, əgər bu mövsüm heç olmasa 10 qol vurmasa, məşqçilik lisenziyamı cıracam və gedəcəm. O, çox enerjili futbolçudur. Amma öz mövqeyində dünyanın ən yaxşısıdır demək üçün hələ gözləməli olacağıq”.
Qeyd edək ki, 24 yaşlı uruqvaylı yarımmüdafiəçi cari mövsümün 8 oyununda 3 qol vurub.
- Brandt yeni müqaviləyə imza atdı
- Murat Sancak: “Məni nə Ali Koç, nə də Türkiyənin ən zəngin adamı ala bilər”
- Millimizin Avropa çempionatındakı oyun cədvəli bəlli olub
- Azərbaycan kuboku: 1/4 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
0
0