Arda Turan İstanbul klubuna baş məşqçi təyin edildi
14.04.2023 - 14:08
“Eyüpspor” komandasına yeni baş məşqçi təyin edilib.
Apasport.az saytı xəbər verir ki, Türkiyə çempionatının 1-ci liqasında mübarizə aparan İstanbul klubunu 36 yaşlı Arda Turan çalışdıracaq.
Rəhbərlik veteran yarımmüdafiəçinin qarşısına komandanı Super Liqaya çıxarmaq vəzifəsini qoyub. “Eyüpspor” 31 turdan sonra 57 xalla turnir cədvəlində 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, “Qalatasaray”, “Atletiko” və “Barselona” komandalarının şərəfini qorumuş Arda Turanın bu baş məşqçi kimi ilk işi olacaq.
- "Bavariya" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlara başlayıb
- Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
- Yüksək Liqa: UNEC "Murov AZ Terminal"la münasibətlərə aydınlıq gətirəcək
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- Luçesku xəstəxanaya yerləşdirilib
0
0