Argentinaya məğlub oldu - İSTEFAYA GÖNDƏRİLDİ
29.03.2025 - 09:57
Dorival Junior Braziliya millisi komandasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti məlumat yayılıb.
Təcrübəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma şəklində xitam verilib.
Komandanın rəhbərliyi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Artıq, yeni baş məşqçi axtarışına da start verilib.
Qeyd edək ki, bu ay iki yoldaşlıq görüşü keçirən Braziliya millisi Kolumbiyanı 2:1 məğlub etsə də, Argentinaya 1:4 hesabı ilə məğlub olub.
- Kaxaber Tsxadadze: “Qələbə qazansaq da, çox səhvlərə yol verdik“
- Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar bəlli oldu
- Azərbaycanlı pilot beynəlxalq yarışın qalibi olub - FOTO
- Naxçıvanda ara qarışıb: Stadionlar federasiyanın əlindən alınıb
- Qurban Qurbanov: "Yükü çiynimdə daşıdığımı düşünmürəm"
0
0