“Ayaks”da İSTEFA
30.05.2023 - 13:08
Edvin van der Sar “Ayaks”dan ayrılıb.
Apasport.az saytının məlumatına görə, bunu Amsterdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Futbol veteranı Niderland klubunun baş direktoru vəzifəsindən istefa verib. O, iyunun 1-də postunu təhvil verəcək.
Klubun Müşahidə Şurası sabiq qapıçıdan avqustun 1-dək vəzifəsində qalmağı xahiş etsə də, funksioner bunu cavablandırmayıb.
Qeyd edək ki, Van der Sar uğursuz mövsüm üzündən postundan ayrılıb. Çempionatı 3-cü yerdə başa vuran “Ayaks” mövsümü titulsuz bitirib.
- Lider uduzdu, "Neftçi"dən ardıcıl ikinci qələbə - YENİLƏNİB
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- “Qarabağ” qalib gəldi, “Səbail” "zirzəmi"ni tərk etdi – YENİLƏNİB
- Aquero: “Qvardiola çox düşünməkdən keçəldir”
- "Betis"dən "Atletiko Madrid"ə? - Antoni üçün 2-ci şans
0
0