
“Barselona” daha bir transferə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə qatmağa yaxındır.
“Lids”dən Rafinyanı transfer edən, “Bavariya” ilə də Robert Levandovskinin keçidi üçün anlaşan kataloniyalılar Silva ilə danışıqları da yekunlaşdırmaq üzrədir. “Mançester Siti”, nəhayət ki, Portuqaliya millisinin üzvünü 80 milyon avrodan aşağı qiymətə satmağa razılıq verib.
Artıq klublar, həmçinin oyunçunun meneceri Xorxe Mendes arasında üçtərəfli anlaşma əldə edilib. Yaxın müddətdə keçidin rəsmiləşməsi gözlənilir.
- III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib
- Kamal Bayramov: “Fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır”
- Çempion öz meydanında büdrədi
- AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib - QƏRARLAR
- Qattuzo bildiyimiz kimi: Xorvatiyada canlı yayımı basdı - VİDEO