“Barselona” büdcəni azaldır
17.11.2022 - 20:47
“Barselona” önümüzdəki 3 ildə büdcəni azaltmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, xərclərin 15 milyon avro azalması gözlənilir.
Ağır iqtisadi vəziyyət klubu hər sahədə qənaət planlarını tətbiq etməyə məcbur edir. Səylərin böyük hissəsi komandaların maaşlarının azaldılmasına yönəldiləcək. Məqsəd basketbol, həndbol, futzal, xokkey və digər idman növlərinə ayrılan büdcələri tədricən azaltmaqdır.
Dəyişikliklər təkcə maaşlara təsir etməyəcək. Azalma klubun bütün sahələrində, xüsusən də səyahət və nəqliyyatda tətbiq olunacaq.
- Taekvondoçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar
- Kişi voleybolçular arasında ilin ilk oyunlarının vaxtı bilindi
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- “Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”
- “Qalatasaray” “Roma”nın qolkiperi ilə maraqlanır
0
0