“Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər
07.10.2024 - 15:19
“Nitsa”nın polşalı qapıçısı Marçin Bulka karyerasını İspaniyanın top-klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Barselona” 25 yaşlı qolkiperin xidmətində maraqlıdır. Kataloniya klubu Bulkanı bir müddət əvvəl zədələnən almaniyalı qolkiper Mark-Andre ter Ştegenə əvəzləyici hesab edir.
Bulkanın “Nitsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Onun transfer dəyəri 20 milyon avrodur. Futbolçu cari Liqa 1 mövsümündə 7 oyun keçirib, 7 qol buraxıb.
- Luiş Fiqu dünya rekordu vurdu, Ginnesin kitabına düşəcək - VİDEO
- “Tottenhem” Almaniya millisinin üzvünü transfer etməyəcək
- “Azərlotereya” ilə “Sabah” arasında əməkdaşlıq müqaviləsi imzalandı
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
- UEFA-dan assosiasiyalara xəbərdarlıq: AVRO-2024-dən qovulma riski
0
0