"Barselona" "Lill"in müdafiəçisini istəyir
                    
                    09.10.2024 - 01:25
                        
                    
                    "Barselona" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, kataloniyalılar "Lill"in futbolçusu Tiaqo Santosla maraqlanır.
"Qırmızı-göylər" müdafiəçinin keçidini gələn yay reallaşdırmağa çalışacaq.
Qeyd edək ki, "Lill" Santosu ötən ilin yayında "Eştoril"dən transfer edib.
                                
                                0
                                
                                0