Batalla getdi, o gəldi - "Bursaspor"da yeni baş məşqçi
18.03.2025 - 15:32
Batalla getdi, o gəldi - "Bursaspor"da yeni baş məşqçi

Türkiyə III Liqa klublarından "Bursaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Klub Adem Çağlayan ilə 2025-2026 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 

O, bu vəzifədə Pablo Batallanı əvəzləyib.