"Bavariya"da ciddi itki
04.02.2026 - 15:04
"Bavariya"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Yosip Stanişiç zədələnib.
O, ötən gün komandanın məşqində sıradan çıxıb.
25 yaşlı xorvatiyalı top uğrunda mübarizə apararkən Conatan Ta ilə toqquşub. Bu epizoddan sonra Stanişiç məşqi erkən bitirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, müdafiəçi bu mövsüm Münhen təmsilçisinin heyətində 20 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
- Avropa çempionatı: cüdoçumuzdan qızıl medal
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Misli Premyer Liqasında V turun oyun cədvəli açıqlandı
- Türkiyəli mütəxəssis: “O, meydanda yox kimidir”
- David Şvarqa: “Böyük təcrübəyə malik komanda ilə qarşılaşacağıq”
0
0