“Bayer”dən rekord
21.12.2023 - 17:29
“Bayer” Almaniya futbolunda unikal nailiyyətə imza atıb.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi ölkənin peşəkar futbol tarixində mövsümə 25 matçda məğlubiyyətsiz başlayan ilk komanda olub.
Xabi Alonsonun yetirmələri bu müddətdə 22 qələbə və 3 heç-heçəyə imza atıb. “Aspirinlər” hazırda topladığı 42 xalla da Bundesliqanın turnir cədvəlinin zirvəsində yer alırlar.
Qeyd edək ki, “Bayer” həm də 2023-cü ildə keçirdiyi 35 çempionat matçında 22 qələbə sayəsində klub rekordunu yeniləyib.
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”
- Premyer Liqa: “Çelsi” və “Liverpul”dan qələbə
- Dadaşovu Skopyedə nə gözləyir?
- Xabi Alonso: “Azərbaycan səfəri bizim üçün çətin olacaq”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
0
0