"Beşiktaş" azarkeşlərinin sevimlisi geri dönür
10.01.2024 - 12:30
Rikardo Kuarejma "Beşiktaş"a geri qayıtmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi İstanbul klubu ilə danışıqlar aparır.
40 yaşlı veteran futbolçunun komandanın yeni baş məqçisi Fernando Santosun köməkçisi olacağı gözlənilir. Kuarejma ilə razılaşmanın yaxın günlərdə imzalanacağı iddia edilir.
Qeyd edək ki, Rikardo 2010-2012 və 2015-2019-cu illərdə "Beşiktaş"ın şərəfini qoruyub. Azarkeşlərin sevimlisi olan portuqaliyalı iki dəfə Türkiyə çempionatının və ölkə kubokunun qalibi olub.
- Nadir Nəbiyev: "Belə baxanda Fernandu Santuşu da qınamaq olmur, onun da çox seçim imkanı yoxdur"
- Azərbaycanın gənc qılıncoynadanları Çində dünya birinciliyində iştirak edəcəklər
- Emeri “Aston Villa”dan uzaq düşüb
- Çempion Tovuzda xal itirdi, Bayılda bol qollu derbi YENİLƏNİB
- "Sumqayıt"dan vacib qələbə - YENİLƏNİR
0
0