“Beşiktaş” ingiltərəli futbolçusunu yola salır
09.11.2022 - 15:12
“Beşiktaş” futbolçusu Dele Alli ilə yollarını ayırmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun rəhbərliyi ingiltərəli yarımmüdafiəçinin fiziki durumundan narazıdır.
Bu üzdən 26 yaşlı futbolçu ilə vidalaşmağa qərar verən İstanbul təmsilçisi onu qışda yola salmağı planlaşdırır. O, 2022-ci ilin yayında “Everton”dan “Beşiktaş”a keçib.
Qeyd edək ki, Alli cari mövsümün 9 oyununda 1 qola imza atıb.
- Azərbaycan çempionatının start vaxtı açıqlandı
- Millinin təlim-məşq toplanışında iştirak edəcək futbolçular bəlli oldu
- “Turan Tovuz” Antalyada təlim-məşq toplanışı keçirəcək
- "Qarabağ" "Kəpəz"i darmadağın etdi- YENİLƏNİB
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
0
0