“Beşiktaş”dan Pavlidis həmləsi – “Benfika”nın bombardiri siyahıda
05.06.2026 - 10:21
“Beşiktaş” hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Benfika”nın hücumçusu Vangelis Pavlidisi heyətinə qatmaq istəyir.
"Türkiyə Gazetesi"nin məlumatına görə, “qara qartallar” yunanıstanlı forvardın transferi üçün hərəkətə keçib.
Portuqaliya klubu əsas hücumçulardan biri olan Pavlidisin keçidi üçün 20 milyon avrodan çox məbləğ tələb edir.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2025/2026 mövsümündə Portuqaliya çempionatında 22 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Dünya çempionatı: Camal Qamzatxanov yarımfinalda məğlub oldu
- Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar - VİDEO
- Luiş Fiqu dünya rekordu vurdu, Ginnesin kitabına düşəcək - VİDEO
- “Turan Tovuz”un komandalarına seminar keçirilib
- "Kəpəz"in futbolçusu Tacikistan millisinə çağırılıb
0
0