“Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Qirassi UEFA Çempionlar Liqasında tarixi nəticə ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, 29 yaşlı qvineyalı futbolçu bu uğura “Barselona”ya qarşı keçirilən və 3:1 hesablı qələbə ilə başa çatan 1/4 final mərhələsinin cavab görüşündə imza atıb.
Het-trik edən Qirassi bu mövsüm turnirdə vurduğu qolların sayını 13-ə çatdırıb və bununla da Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran afrikalı futbolçu statusunu qazanıb.
O, “Borussiya”nın sabiq hücumçusu Sebastyan Hallerin 2021/2022-ci illər mövsümündəki 11 qolluq göstəricisini arxada qoyub.
Qeyd edək ki, səfərdə “Barselona”ya 0:4 hesabı ilə uduzan Dortmund təmsilçisi iki oyunun nəticəsinə əsasən turnirlə vidalaşıb.
- Super Liqa: “Samsunspor” autsayderi xalsız yola saldı
- Millimizin baş məşqçisi: “Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə…”
- Əliyevdən Emreliyədək - 30 BOMBARDİR
- “Neftçi” keçmiş basketbolçusunu yenidən heyətinə qatıb
- Qurban Qurbanov: "Daha çox "Qarabağ"lı futbolçuları "Qalatasaray"la oyuna cəlb etdik"