Bundesliqanı La Liqaya dəyişə bilər
01.06.2025 - 11:58

"Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, "Real" almaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, Bundesliqa təmsilçisi oyunçusu üçün 60 milyon avro tələb edir.
Xatırladaq ki, "Ştutqart" Anjelo Ştilleri 2023-cü ilin yayında "Hoffenhaym"dan transfer edib.
24 yaşlı dayaq yarımmüdafiəçisi başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 4 qol, 11 məhsuldar ötürmə ilə yaddda qalıb.
- Qazaxıstan klubu Emil Balayevlə ayrılığı açıqladı
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Xabi Alonsonun ilk transfer istəyi: Karreras "Real Madrid" yolunda
- "İnter”in baş məşqçisi “Mançester Yunayted”ə keçə bilər
- Elneni Səudiyyə Ərəbistanına səfər edə bilər
0
0