Caka 25 milyona satıldı
06.07.2023 - 21:43
Qranit Caka “Arsenal”dan “Bayer”ə keçib.
Apasport.az saytı xəbər verir ki, transferin dəyəri 25 milyon avrodur.
İsveçrə yığmasını üzvü Leverkuzen təmsilçisi ilə 2028-ci ilədək müqavilə imzalayıb. 2016-cı ildən “Arsenal”da çıxış edən yarımmüdafiəçi burada 7 mövsüm keçirib. Caka “topçular”ın heyətində 297 matçda 23 dəfə fərqlənib. 30 yaşlı futbolçu “Arsenal”la iki dəfə İngiltərə kubokunu və iki dəfə Liqa kubokunu qazanıb.
Qeyd edək ki, Almaniya Cakaya yad ölkə deyil. O, 2012-2016-cı illərdə Münhenqladbax “Borussiya”sında çıxış edib.
- Liqa 1-də cari mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
- AFFA "Turan Tovuz" və "Kəpəz" akademiyalarında təlimlər keçirib
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- DÇ-2026: İspaniya çempion! - YENİLƏNİB
- “Sabahın Ulduzları” Bakı Kubokunda U-14-lərin beşinci turuna start verilib
0
0