Cəlal Hüseynovun komandası son turu qələbə ilə başa vurdu
28.05.2024 - 10:15
Bolqarıstan çempionatında mövsümə yekun vurulub.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da sonuncu matçına çıxıb.
Sözügedən komanda 36-cı tur çərçivəsində səfərdə “Botev”lə qarşılaşıb. “Arda” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib.
Cəlal da bu matçın iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.
“Arda” 51 xalla mövsümü 8-ci pillədə başa vurub.
- İmaməddin Xəlilov Özbəkistanda keçirilən beynəlxalq festivalda çıxış edib
- AFFA Hacıyevi milliləşdirməkdə israrlıdır
- Amputant futbolçulardan ibarət milli komandamız Avropa çempionatının finalında
- Belarus MOK: "BOK-un tövsiyəsi diskriminasiyadır"
- "Çelsi"də növbəti Droqba-Lempard tandemi formalaşır: Delap-Palmer
0
0