“Çelsi”dən 50 milyonluq təklif
01.09.2022 - 11:35
“Ayaks”ın futbolçusu Edson Alvares karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Çelsi” maraqlıdır.
London klubu Niderland təmsilçisinə 50 milyon avroluq təklif də göndərib. 24 yaşlı futbolçu həm yarımmüdafiəçi, həm də mərkəz müdafiəçisi kimi də oynamaq bacarığına malikdir.
Tomas Tuxel də Alvaresə məhz arxa xətt oyunçusu gözü ilə baxır. Almaniyalı müdafiə xəttinin gücləndirilməsini zəruri sayır.
Qeyd edək ki, Edsonun “Ayaks”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
- Qəbələdə bədii gimnastika üzrə turnir keçiriləcək
- "Ultimate Azerbaijan" ilk dəfə Azərbaycanı təmsil edəcək
- Milyonçu olan proqnozsevər: “Mərakeşin bir futbolçusunun da adını bilmirəm”
- “Reyncers” “Fənərbaxça”ya "yox" dedi
- Qurban Qurbanov: "Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
0
0