“Çelsi” sabiq sahibi Roman Abramoviç dövründə maliyyə qaydalarını pozduğuna görə cəzalandırılıb.
Apasport.az xəbər verir ki, London klubu 2011–2018-ci illərdə maliyyə hesabatlarında qeyri-dəqiqlik və qayda pozuntularına görə 10,75 milyon funt sterlinq məbləğində cərimələnib.
Sanksiyalar çərçivəsində “zadəganlar”a 9 ay müddətinə akademiyaya yeni oyunçuların qeydiyyatı qadağan edilib. Əsas komanda üçün nəzərdə tutulan bir illik transfer qadağası isə iki illik sınaq müddəti ilə şərti tətbiq olunub.
Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 30 oyundan sonra 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib
- Şahruddinin komandasında prezident istefa verdi - Səbəb
- Giorgi Kantariya: "Artıq uğursuz seriyaya son qoymalıyıq" - Müsahibə
- Kamavinqa Premyer Liqa nəhənginin hədəfində
- Premyer Liqanın ən çox və ən az pul xərcləyənləri