Daliç dövrü bitdi – Xorvatiya millisində ayrılıq
08.07.2026 - 17:11
Daliç dövrü bitdi – Xorvatiya millisində ayrılıq

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç vəzifəsindən ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb.

59 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməyib. O, 9 il Xorvatiya yığmasına rəhbərlik edib.

Daliçin rəhbərliyi altında Xorvatiya millisi DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medal qazanıb.

Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.