Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu
01.11.2026 - 01:46
Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu

İtaliya A Seriyasında X tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Roma” səfərdə “Udineze”nin qonağı olub. Yeddi qolun vurulduğu matçda paytaxt təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib.

Günün mərkəzi görüşü Milanda baş tutub. Şəhərin eyniadlı komandası doğma meydanda əzəli rəqibi “İnter”i qəbul edib. Ev sahibləri derbidən 3:1 hesablı qələbə ilə ayrılıb.

“Bolonya” isə öz meydanında “Monza”nı 2:1 hesabı ilə üstələyib.