Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədrini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, bu vəzifəyə ingiltərəli sabiq hakim Entoni Teylor təyin olunub.
Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
O, istefa verən Ferhat Gündoğdunu əvəzləyib.
Buna qədər Türkiyədə elit hakimlər üzrə direktor vəzifəsində çalışan Teylor federasiyanın İdarə Heyətinin qərarı ilə yeni posta gətirilib.
MHK-nın üzvlüyünə isə Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşek təyin ediliblər.
Qeyd edək ki, Entoni Teylor uzun illər İngiltərə Premyer Liqasında və UEFA-nın təşkil etdiyi beynəlxalq turnirlərdə hakimlik edib.