Fabreqas ən yaxşı adına layiq görülüb
04.04.2026 - 12:07
Fabreqas ən yaxşı adına layiq görülüb

İtaliya A seriyasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı adına "Komo"nun çalışdırıcısı Sesk Fabreqas layiq görülüb.

Onun komandası mart ayında "Leççe"ni (3:1), "Kalyari"ni (2:1), "Roma"nı (2:1) və "Piza"nı (5:0) məğlub edib.

Qeyd edək ki, "Komo" hazırda A seriyasında 57 xalla 4-cüdür.