“Fənərbaxça”dan “Kocaelispor”a
05.06.2025 - 12:58
“Fənərbaxça”dan “Kocaelispor”a

"Fənərbaxça"nın futbolçusu Oqnen Mimoviç komandanı tərk edəcək.

Apasport.az xəbər verir ki, buna baxmayaraq, o, yeni mövsümə də Türkiyədə başlayacaq. 

Futbolçu “Kocaelispor”da oynamağa yaxındır.

Müqavilə ilə “Fənərbaxça”ya məxsus olan vinger 1 illik icarəyə göndərilə bilər.

Qeyd edək ki, Mimoviçin İstanbul klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.