"Fənərbaxça" “Bavariya”nın sabiq futbolçusu Koranten Tolissonu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, İstanbul klubu fransalı yarımmüdafiəçini komandaya gətirmək üçün danışıqlara başlayıb.
Türkiyəlilər hazırda Fransanın "Lion" klubunda çətin günlər keçirən Tolissonun adını transfer siyahısına salıb. Qış fasiləsində heyətdə islahatlar aparmağı planlaşdıran fransızlar maaş xərcləri yüksək olan futbolçularla yollarını ayırmağa hazırlaşır.
Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsüm "Lion"da keçirdiyi 9 oyunda 1 qol vurub. Onun müqaviləsi 2027-ci ilin iyunun 30-da başa çatacaq.
- Beynəlxalq Voleybol Federasiyasının rəsmisi Bakıya gəlib
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
- Bakıda “Zəfərindən Güc Al” minifutbol turniri yekunlaşıb - FOTO
- “Kür”ün görüşlərinə serb hakimlər
- Millimizin Estoniya və Ukrayna ilə oyunlarının vaxtı açıqlanıb