
“Feyenoord”un forvardı Santyaqo Ximenes Avropa klublarının diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, bu, onun Çempionlar Liqasındakı uğurlu çıxışından sonra baş verib.
Ximenes adı ətrafında baş verən şayiələrə aydınlıq gətirib. O, heç bir klubla danışıqlar aparmadığını və atasının meneceri olduğunu bildirib: “Son günlər mənim gələcəyim haqqında müxtəlif xəbərlər dolaşır. Təkrar edirəm, mənim agentim yoxdur. Karyeramla məşğul olan yeganə adam atamdır. Transferlə bağlı şayiələrə inanmayın”.
Qeyd edək ki, argentinaəsilli Meksika yığmasının üzvü olan Ximenes “Feyenoord”un heyətində 11 oyunda 15 qol və 3 ötürmə ilə yadda qalıb. Ximenesin atası da peşəkar futbolçu olub Argentina və Meksikanın aparıcı klublarında çıxış edib.
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- Keçmiş “Fənərbaxça”lı karyerasını bitirib
- Mixail Savin: “Qarabağ” bütün rəqiblərini parçalayır”
- Millimizin baş məşqçisi: "Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır"
- Pep Qvardiola: “Ümid edirəm məni qovmayacaqlar və..."