İngiltərə klubu Qabon millisinin futbolçusunu transfer etdi
14.01.2023 - 01:14

"Vulverhempton" Qabon millisinin və "Nitsa"nın dayaq yarımmüdafiəçisi Maryo Leminanı transfer etdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin ingilis klubu ilə müqaviləsinin müddəti daha 1 il uzadılmaq şərti ilə 2,5 ildir.
Qeyd edək ki, bu mövsüm Maryo Lemina "Nitsa" ilə bütün turnirlərdə 22 matça çıxıb. O, 1 qol və 1 məhsuldar ötürmə edib.
- Voleybol çempionatlarında yarımfinal mərhələsinin təqvimi müəyyənləşdi
- Tarixdə ilk dəfə “Zamora” kubokunu “Sevilya”lı qazandı
- Dortmund "Borussiya"sının üzvü Premyer Liqaya gedir
- Deni Qaysumov: "Yeni baş məşqçi əcnəbi olacaqsa Murad Musayev olsun" - Açıqlama
- İslandiyanın baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"
0
0