İspaniya millisinin futbolçusu "Nyukasl"da
05.06.2025 - 15:16

"Nyukasl" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub İspaniya U-19 millisinin və "Malaqa"nın yarımmüdafiəçisi Antonio Korderonu transfer edib.
Onun keçidi azad agent kimi baş tutub.
Orta xətt oyunçusunun klubu ilə müqaviləsi iyulun 1-də başa çatacaq. Ardınca Kordero "sağsağanlar"a qoşulacaq.
Futbolçunun viza məsələləri həllini tapandan sonra "Nyukasl" onu icarəyə götürəcək.
Qeyd edək ki, Antonio bu mövsüm Sequndada 39 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Rövnəq Abdullayev: “Qarabağ”ın avrokubokadakı uğurlu çıxışı sevinc hissi yaşatdı”
- Yuri Matias: "Hədəfim bu mövsüm 5 qol vurmaqdır" - Müsahibə
- Azərbaycanlı güləşçi dünya çempionatının finalında
- DÇ-2026: Norveçdən darmadağın, Qazaxıstan məğlub oldu- YENİLƏNİB
- Ayxan Abbasov: "Xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil"
0
0